Millimizin üzvü oynadı, komandası 1 xalla kifayətləndi
03.12.2025 - 20:20
Millimizin üzvü oynadı, komandası 1 xalla kifayətləndi

Bolqarıstan çempionatının 18-ci turu start götürüb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” evdə “Botev”lə (Plovdiv) qarşılaşıb. Oyun qolsuz heç-heçə (0:0) ilə başa çatıb.

Hüseynov meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, “Arda” hazırda 21 xalla 9-cu yerdədir.