Millimizin üzvü oynadı, komandası yarımfinala yüksəldi
16.05.2025 - 00:26
Millimizin üzvü oynadı, komandası yarımfinala yüksəldi

Bu gün Türkiyə I Liqasında pley-off mərhələsinin qarşılaşmaları baş tutub.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" səfərdə "İstanbulspor"un qonağı olub.

Vüsalın komandası bir oyundan ibarət mərhələni 2:1 hesablı qələbə ilə başa vurub.

Futbolçumuz bu görüşü ehtiyat oyunçular skamyasında keçirib.

Qeyd edək ki, "Boluspor" yarımfinalda "Bandırmaspor"la qarşılaşacaq. Oyun mayın 19-da keçiriləcək.