Monteneqronun millisinin sabiq üzvü dünyasını dəyişib
20.03.2025 - 10:24
Monteneqronun millisinin sabiq üzvü  dünyasını dəyişib

Monteneqro millisinin sabiq üzvü Andriya Delibasiç dünyasını dəyişib.

Apasport.az xəbər verir ki, 43 yaşlı forvard xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, futbolçu karyerası ərzində "Benfika", "Braqa", "Real Soseydad", "Rayo Valyekano" kimi komandaların şərəfini qoruyub.