“Napoli” “İnter”in oyunçusu ilə maraqlanır
02.12.2025 - 23:54
“İnter”in yarımmüdafiəçisi Davide Frattesi qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, “Napoli” 26 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.
Neapol təmsilçisi Anqissa və Kevin de Bruynenin yoxluğundan yaranan boşluğu Frattesi ilə doldurmağı planlaşdırır.
Lakin yerli mətbuatın məlumatına görə, “İnter” bu keçidin reallaşmasına müsbət yanaşmır.
Qeyd edək ki, Davide Frattesi bu mövsüm “İnter”in heyətində 12 rəsmi oyunda meydana çıxıb.
0
0