“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçının istəyi ilə əsas heyətdən uzaqlaşdırılan Necip Uysal şəxsi sosial media hesabında paylaşım edib.
Apasport.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi başqa bir klubda çıxış etməyəcəyini və karyerasını “qara qartallar”da sona çatdıracağını açıqlayıb:
“Ömrüm boyu yalnız "ağ-qara" forması geymişəm, üzərimdə fərqli bir loqo daşımamışam. Yenə geyinməyəcəyəm, yenə daşımayacağam. Futbola və 22 illik əməyimə olan hörmətimdən, həmçinin gələcəkdə uşaqlarıma "Atanız heç bir işi yarım qoymadı" deyə bilmək üçün mövsümün sonuna qədər klubumun mənə göstərdiyi yerdə və formada məşqlərimi davam etdirəcəyəm. Mövsüm sonunda isə şərtlər nə olursa olsun, karyeramı bu forma altında bitirəcəyəm".
Qeyd edək ki, Necip Uysal “Beşiktaş” akademiyasının yetirməsidir. 34 yaşlı futbolçu 2009/2010 mövsümündən etibarən əsas komandada çıxış edir.