Noyer komanda ilə məşq etdi: DÇ-yə hazırdır
10.06.2026 - 12:23
Almaniya millisinin qapıçısı Manuel Noyer zədəsini sağaldıb.
Apasport.az xəbər verir ki, baldır əzələsindən xəsarət alan qolkiper komanda ilə məşqlərə qayıdıb.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Noyer dünən tam heyətlə məşq edib. Onun heç bir sağlamlıq probleminin olmadığı bildirir.
Məşqçilər heyətinin Noyerə Kurasao ilə matçda start heyətində yer verəcəyi gözlənilir.
Qeyd edək ki, Almaniya – Kurasao oyunu iyunun 14-də keçiriləcək.
0
0