Okan Buruk: “İki futbolçumuzun ayağı sına bilərdi”
02.12.2025 - 00:04
Türkiyə Super Liqasının XIV turu çərçivəsində “Qalatasaray” səfərdə “Fənərbaxça” ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.
“Sarı-qırmızılılar”ın baş məşqçisi Okan Buruk oyundan sonra keçirilən mətbuat konfransında bir sıra fikirlər səsləndirib:
“Maçla bağlı çox danışmağa ehtiyac yoxdur. Bu gün yaşananları hamı gördü. Meydanda baş verənləri də hər kəs gördü. Oyunu geniş şəkildə təhlil etməyə dəyməz. Canımızı qurtardıq. Kazımın gözü kor ola bilərdi. İki futbolçumuzun ayağı da sınma təhlükəsi ilə üzləşdi”.
0
0