Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"
10.12.2025 - 09:33
Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"

UEFA Çempionlar Liqasının VI həftəsində “Qalatasaray” səfərdə Fransa Liqa təmsilçisi “Monako”nu qəbul edib. Qarşılaşma “Monako”nun 1:0 hesablı üstünlüyü ilə başa çatıb. 

Apasport.az xəbər verir ki, matçdan sonra "Qalatasaray"ın baş məşqçisi Okan Buruk görüşü dəyərləndirib: 

"Son ötürməni verə bilmədiyimiz anlar yaşandı. İlk hissədə vəziyyətlərə düzgün həll yolları tapdıq. Birinci hissə bizim üçün uğurlu keçdi, ikinci hissədə isə oyunu xeyli daha rahat vəziyyətə gətirə bilərdik. Rəqib ikinci hissəyə daha istəkli başladı. Pressinqdə bəzi məqamlarda səhv mövqelərdən hərəkət etdik. İkinci topları da qazana bilmədik. Rəqib arxa xəttdə zəif komandadır, amma hücum xətti çox güclüdür. Qolovinin içəriyə doğru hərəkətləri, Minaminonun qaçışları çox təsirli oldu. Təbii ki, çətin bir dövrdən keçirik. İkili mübarizələrdə qalib gələn oyunçuların rolu çox böyükdür. Yolumuza davam edəcəyik. Növbəti oyunu qazanaraq hədəflərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

Təcrübəli mütəxəssis matçda zədələnən Uğurcan Çakırla bağlı bunları söyləyib: 

“Uğurcanın üst əzələsində zorlanma var. MRT-dən sonra vəziyyəti dəqiqləşəcək. Bu müddətdə komandamızda yəqin ki, zədələnməyən bir qapıçı qalmışdı, o da zədələndi. Ümid edirəm ki, Uğurcan tezliklə sağalar və yenidən komandamıza qoşular”.