Türkiyə millisinin yarımmüdafiəçisi Orkun Kökçü 2026-cı il dünya çempionatı öncəsi hava şəraiti ilə bağlı danışıb.
Apasport.az xəbər verir ki, futbolçu yüksək temperaturun hazırlığı çətinləşdirdiyini bildirib.
Bununla belə, Kökçü komandanın şəraitə uyğunlaşmalı olduğunu vurğulayıb:
“Burada bizim öyrəşmədiyimiz çox isti hava var. Futbolda belə hallar olur və bunu bəhanə kimi istifadə etməməliyik. Yaxşı hazırlaşırıq və bu şəraitə uyğunlaşmağa çalışırıq”.
Qeyd edək ki, Türkiyə millisi 24 ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edəcək. Komanda turnirdə ilk oyununu iyunun 14-də Vankuverdə Avstraliyaya qarşı keçirəcək.