Pelleqrini daha 2 il “Betis”də - RƏSMİ
28.11.2025 - 18:27
“Real Betis” baş məşqçisi Manuel Pelleqrini ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni anlaşmaya əsasən, 72 yaşlı mütəxəssis daha iki il La Liqa təmsilçisini çalışdıracaq.
Qeyd edək ki, Manuel Pelleqrini 2020-ci ildən “Betis”in baş məşqçisi kimi fəaliyyət göstərir.
0
0