Pepedən ÇL rekordu
26.10.2023 - 01:31
Portuqaliyalı futbolçu Pepe Çempionlar Liqasının tarixinə düşüb.
Apasport.az saytı xəbər verir ki, o, turnirdə meydana çıxan ən yaşlı futbolçu olub.
“Portu”nun müdafiəçisi 40 yaş və 241 günündə ÇL-də forma geyinib. Bununla, Pepe Allesandro Kostakurta (2006) və Devid Ueyrin (2010) rekordunu arxada qoyub. Adıçəkilən futbolçular turnirdə 40 yaş və 211 günündə meydana çıxıblar.
Qeyd edək ki, Çempionlar Liqasının III turundan “Portu” səfərdə “Antverpen”in qonağı olub və 4:1 hesabı ilə qələbə qazanıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0