Pereyra yenidən Türkiyədə - "Alanyaspor"u çalışdıracaq
22.03.2025 - 19:48

Türkiyə Super Liqa təmsilçisi "Alanyaspor" yeni baş məşqçisini rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubdan verilən açıqlamada son olaraq Portuqaliyanın "Sportinq" komandasını çalışdıran Joao Pereyra ilə 1,5 illik razılığın əldə edildiyi bildirilib.
Pereyra futbolçu karyerası ərzində “Trabzonspor”da çıxış edib.
Baş məşqçi karyerasına “Sportinq”in gənclər akademiyasında başlayan Pereyra Ruben Amorim “Mançester Yunayted”lə müqavilə bağladıqdan sonra qısa müddət ərzində Portuqaliya komandasını idarə edib.
0
0