Portuqaliyalı vingerin “Yuventus”dakı gələcəyi müəyyənləşdi
16.05.2025 - 21:56
Portuqaliyalı vingerin “Yuventus”dakı gələcəyi müəyyənləşdi

Hazırda icarə əsasında "Yuventus"da çıxış edən və müqavilə ilə “Portu”ya məxsus olan Fransisko Konseysaonun gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Turin təmsilçisi futbolçunun satınalma bəndini aktivləşdirməyəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, "qoca sinyora" hücumçunun hazırkı çıxışından razı deyil və onunla vidalaşacaq.

Qeyd edək ki, 22 yaşlı portuqaliyalı vinger bu mövsüm "Yuventus"un heyətində çıxış etdiyi 34 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.