Premyer Liqa klubu baş məşqçisi ilə anlaşdı - 2032-ci ilə qədər
26.02.2026 - 21:22
Premyer Liqa klubu baş məşqçisi ilə anlaşdı - 2032-ci ilə qədər

İngiltərə Premyer Liqası təmsilçisi “Brentford” baş məşqçisi Kit Endryus ilə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 45 yaşlı mütəxəssis 2032-ci ilin yayına qədər “arıçılar”a rəhbərlik edəcək.

Qeyd edək ki, Kit cari mövsümün əvvəlində “Brentford”un baş məşqçi postuna təyin edilmişdi.