Premyer Liqanı La Liqaya dəyişə bilər
26.03.2025 - 16:22
Premyer Liqanı La Liqaya dəyişə bilər

İngiltərə Premyer Liqası təmsilçilərindən "Tottenhem"in üzvü Kristian Romero karyerasını La Liqada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, müdafiəçi ilə "Atletiko Madrid" yaxından maraqlanır.

Bu barədə "SkySports" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə Madrid təmsilçisi 26 yaşlı argentinalını mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

Xatırladaq ki, "Tottenhem" Romeronu 2022-ci ildə "Atalanta"dan 52 milyon avroya heyətinə qatmışdı.

Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm "Tottenhem"in heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qolla yadda qalıb.