
Liqa 1 təmsilçilərindən PSJ vinger Krisensio Summervil ("Lids") və müdafiəçi Lutşarel Gertreida ("Feyenoord") ilə maraqlanır.
Apasport.az xəbər verir ki, digər Avropa nəhəngləri, o cümlədən "Liverpul" və London "Arsenal"ı da futbolçularla maraqlanır. Lakin hər iki oyunçu üçün yarışa liderlik edən parislilərdir.
"Transfermarkt" portalı 22 yaşlı Krisensio Summervilin dəyərini 20 milyon avro olaraq qiymətləndirib. Oyunçu "Lids"də yaxşı mövsüm keçirib. Çempionatda 43 matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Lutşarel Gertreida isə 32 milyon avro dəyərindədir. O, Niderland millisinin heyətində 11 oyun keçirib.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb