PSJ futbolçusu ilə müqaviləni uzadacaq
03.12.2024 - 15:19
PSJ futbolçusu ilə müqaviləni uzadacaq

PSJ-nin yarımmüdafiəçisi Vitinya Fransa klubu ilə yeni müqavilə imzalayacaq.

Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər danışıqlar aparıb və razılıq əldə ediblər.

Yarımmüdafiəçinin Paris klubu ilə yeni müqaviləsi 2029-cu ilin iyun ayına qədər davam edəcək.

24 yaşlı Vitinya bu mövsüm PSJ-də 15 oyun keçirib və 2 qol vurub.

Qeyd edək ki, portuqaliyalı 2022-ci ildə 41,5 milyon avroya "Portu"dan PSJ-yə keçib.

0