PSJ-nin 40 azarkeşi həbs olunub
29.12.2025 - 09:56
PSJ-nin 40 azarkeşi həbs olunub

Paris polisi PSJ klubunun təxminən 40 azarkeşini saxlayıb.

Apasport.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Belə ki, Eyfel qülləsi yaxınlığında atəşfəşanlıq təşkil etdiyinə görə 40 nəfər həbs edilib.

Məlumata görə, PSJ azarkeşləri Eyfel qülləsi qarşısına toplaşaraq komandanın 2025-ci ildəki uğurlarını qeyd etmək məqsədilə onlarla pirotexniki vasitə (fayer) yandırıblar.

Hadisəyə polis müdaxilə edib və faktla bağlı araşdırma başladılıb. Bildirilir ki, insident zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, 2025-ci il Paris klubu üçün tarixi il olub. Komanda bu il ərzində 6 titul qazanıb və tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.