“Qalatasaray” orta xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin gündəmində “Yuventus”un fransalı yarımmüdafiəçisi Kefren Türam yer alıb.
25 yaşlı futbolçu üçün danışıqların aparıldığı bildirilir. Turin klubu Türamın keçidi üçün 50 milyon avro tələb edir.
“Qalatasaray” isə bu məbləği aşağı salmağa çalışır. "sarı-qırmızılılar" transferi daha münasib şərtlərlə reallaşdırmaq niyyətindədir.
Kefren Türam 2024-cü ildən “Yuventus”un formasını geyinir.
Qeyd edək ki, Kefren Türam bu mövsüm “Yuventus”un heyətində 35 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. 25 yaşlı fransalı yarımmüdafiəçinin Turin klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.