“Qalatasaray”ın futbolçusu 2 oyunluq cəzalandırılıb
27.11.2025 - 21:40
Bu gün Türkiyənin Peşəkar Futbol İntizam Komitəsinin (PFDK) növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda Super Liqa klublarının futbolçuları ilə bağlı intizam qərarları elan olunub.
“Fənərbaxça”nın braziliyalı qapıçısı Ederson barəsində intizam işi açılmasına baxmayaraq, komitə oyunçuya heç bir cəza verməyib.
“Qalatasaray”ın ötən turda qırmızı vərəqə alan futbolçusu Rolland Sallai isə PFDK tərəfindən 2 oyunluq diskvalifikasiya edilib.
0
0