“Qalatasaray”ın müdafiəçisi zədələnib
02.12.2024 - 15:25

Türkiyə Super Liqa təmsilçilərindən “Qalatasaray” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, “sarı-qırmızılar”ın müdafiəçisi Abdulkerim Bardakçı sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçinin sol ayaq biləyindəki sümüklərdə ödəm (mayenin həddindən artıq yığılması) və ayaq biləyi bağlarında gərilmə aşkarlanıb.
Super Liqada “Eyüpspor”la matçda zədə alan Abdulkerim 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Qalatasaray" "Eyüpspor"la heç-heçə edib - 2:2.
- Nuri Şahin addım-addım Super Liqaya doğru: İstanbul klubunu çalışdıracaq
- Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
- “Yuventus” 58 ildən sonra ilk dəfə belə məğlub olub
- “Atletiko”nun futbolçusunu ağır cəza gözləyir
- Ronaldo Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi - FOTO
0
0