Qrizmann MLS yolunda
22.03.2025 - 00:47
Qrizmann MLS yolunda

"Atletiko"da ayrılıq yaşanmağa yaxındır. 

Apasport.az xəbər verir ki, Antuan Qrizmann komandanı tərk edərək MLS-ə keçə bilər.

Fransalı futbolçunun müqaviləsi 2026-cı ilə qədər qüvvədə olsa da, mövsümün sonunda Madrid klubunu tərk etməyə yaxındır.

Ona ABŞ variantı çox cəlbedici gəlir.

Qeyd edək ki, 34 yaşlı hücumçu cari mövsüm La Liqada 8 qol vurub.