Qvardiola açıqladı - YENİ İLƏ QƏDƏR OYNAMAYACAQ
17.12.2025 - 00:58
Qvardiola açıqladı -  YENİ İLƏ QƏDƏR OYNAMAYACAQ

“Mançester Siti” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın bu mövsüm aparıcı oyunçularından olan Jeremi Doku zədələnib.

Bu barədə “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola jurnalistlərə açıqlamasında məlumat verib.

İspaniyalı mütəxəssis belçikalı vingerin 2025-ci ildə meydana çıxa bilməyəcəyini bildirib.

Qeyd edək ki, 23 yaşlı Doku bu mövsüm “Siti”nin heyətində keçirdiyi 22 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.