Rafinya Ronaldonun uğurunu təkrarlayıb
07.05.2025 - 02:15
Rafinya Ronaldonun uğurunu təkrarlayıb

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, "İnter" öz meydanında "Barselona"nı 4:3 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

Kataloniyalıların heyətində Rafinya komandasının 3-cü qolunun müəllifi olmaqla, Çempionlar Liqasında Kriştiano Ronaldonun uğurunu təkrarlayıb.

Belə ki, braziliyalı futbolçu turnirin cari mövsümündə 22 qolun vurulmasında iştirak edib. O, bu mövsüm Çempionlar Liqasında 13 qol, 9 asistlə yadda qalıb. 

Portuqaliyalı ulduz isə 2013/14 mövsümündə Çempionlar Liqasında eyni uğura imza atmışdı. Ronaldo sözügedən mövsümdə 17 qol, 5 məhsuldar ötürmə etmişdi.