Rafinyanın dublu "Barsa"ya 3 xal qazandırdı
13.12.2025 - 23:27
Rafinyanın dublu "Barsa"ya 3 xal qazandırdı

İspaniya La Liqasının növbəti turunda “Barselona” doğma meydanda “Osasuna”nı qəbul edib.

Apasport.az xəbər verir ki, görüş katalonların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın taleyini Rafinyanın vurduğu qollar həll edib. Braziliyalı yarımmüdafiəçi 70-ci və 86-cı dəqiqələrdə fərqlənərək komandasına üç xal qazandırıb.