Ranyeri mövsümün ən yaxşısı seçildi
07.05.2025 - 23:55
Ranyeri mövsümün ən yaxşısı seçildi

İtaliya A Seriyasında ayın ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, "Roma"nın təcrübəli mütəxəssisi Klaudio Ranyeri azarkeşlər tərəfindən İtaliya A Seriyasında mövsümün ən yaxşı baş məşqçisi seçilib.

73 yaşlı mütəxəssis "Napoli"nin baş məşqçisi Antonio Konteni qabaqlayaraq 58% səs toplayıb.

Mükafat baş məşqçiyə iyunun əvvəlində təqdim olunacaq.

Qeyd edək ki, “Roma” A Seriyasında 35 oyundan sonra 63 xalla turnir cədvəlinin beşinci sırasında qərarlaşıb.