
La Liqanın XXXII turu çərçivəsində “Real Madrid” doğma meydanda “Atletik Bilbao”nu qəbul edib.
Apasport.az xəbər verir ki, “Santyaqo Bernabeu”da keçirilən qarşılaşma Madrid təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb – 1:0.
Matçda azarkeşlərin Kilian Mbappeyə qarşı münasibəti diqqətlərdən qaçmayıb.
Belə ki, matçın birinci hissəsinin ortalarında stadionun böyük ekranında fransalı hücumçunun görüntüsü nümayiş olunub. Bu zaman azarkeşlər onu fitə basıblar.
Qeyd edək ki, Mbappe cəzalı olduğu üçün bu qarşılaşmada iştirak etməyib. Fransalı futbolçu bu mövsüm “Real”ın heyətində ümumilikdə 49 matçda meydana çıxıb, 32 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"