“Real Madrid”dən növbəti qələbə
21.12.2025 - 01:58
“Real Madrid”dən növbəti qələbə

İspaniya La Liqasında növbəti qarşılaşma başa çatıb.

Apasport.az xəbər verir ki, “Real Madrid” doğma meydanda “Sevilya”nı qəbul edib.

Meydan sahibləri rəqibi 2:0 hesabı ilə məğlub edib.

Matç gərgin mübarizə şəraitində keçib. Qonaq komanda oyunun gedişində azlıqda qalıb ki, bu da Madrid təmsilçisinin üstünlüyünü artırıb.