"Real"da 5 illik yeni müqavilə - İlin transferi tamamlandı
25.03.2025 - 11:11
"Real"da 5 illik yeni müqavilə - İlin transferi tamamlandı

La Liqa nəhənglərindən "Real Madrid" növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. 

Apasport.az xəbər verir ki, İspaniya təmsilçisi uzun müddətdir maraqlandığı Trent Aleksandr Arnold ilə anlaşıb. 

Madrid nəhəngi ingilis futbolçu ilə 5 illik müqavilə imzalayacaq.

Arnold yay transfer dönəmində azad agent kimi "Real"a qoşulacaq. 

Cari mövsümdə "Liverpul" un heyətində 39 rəsmi oyuna çıxan 26 yaşlı futbolçu 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.