"Real"dan antirekord
09.04.2025 - 13:21
"Real"dan antirekord

“Real” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Arsenal”a 0:3 hesabıyla uduzub.

Apasport.az xəbər verir ki, “kral klubu” 2009-cu ilin martından sonra birinci dəfə turnirdə ardıcıl iki oyunda qol vura bilməyib.

“Real” 1/8 finalın cavab oyununda “Atletiko”ya əsas vaxtda 0:1 hesabıyla uduzub.

Ançelottinin yetirmələri daha sonra əlavə vaxtda vurduğu qolla mərhələ adlayıb.