“Real”ın arzuladığı müdafiəçi
02.11.2023 - 23:23
Madrid “Real"ı müdafiə xəttini gücləndirir.
Apasport.az xəbər verir ki, paytaxt kubu “Sportinq"in müdafiəçisi Qonsalo İnasioya elçi düşüb.
İspan klubunun skautları 22 yaşlı portuqaliyalını uzun müddət izləyib. “Kral klubu” futbolçunun transferi üçün danışıqlara start verib. "Sportinq"lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulan Portuqaliya millisinin mərkəz müdafiəçisinin təzminat məbləği 60 milyon avrodur.
Qeyd edək ki, bu mövsüm 13 matçda iştirak edən İnasio qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0