“Real”ın futbolçusu sıradan çıxıb
02.12.2025 - 20:58
“Real Madrid”in futbolçusu Ferlan Mendi zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı sol cinah müdafiəçisinin sağ ayağının arxa bud əzələsində zədə aşkarlanıb.
Fransalı oyunçunun müalicə prosesinə artıq başlanılıb.
Qeyd edək ki, Ferlan Mendi 2019-cu ildən Madrid klubunun heyətində çıxış edir.
0
0