“Real”ın müdafiəçisi zədədən qayıdıb
26.03.2025 - 18:48
“Real”ın müdafiəçisi zədədən qayıdıb

İspaniya La Liqası təmsilçilərindən "Real Madrid"in müdafiəçisi Eder Militao zədəsini sağaldıb.

Apasport.az xəbər verir ki, braziliyalı futbolçu məşqlərə geri dönüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, müdafiəçi 2024-cü il noyabrın 9-da “Osasuna” ilə matçda (4:0) zədələnmişdi.