“Fənərbaxça” hücum xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Real”ın mərakeşli futbolçusu Brahim Diazı heyətinə qatmaq istəyir.
TRT Sporun məlumatına görə, “sarı-lacivərdlilər” 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə görüşməyə hazırlaşır. “Fənərbaxça”nın həmçinin futbolçunun transfer şərtlərini öyrənmək üçün “Real”la da danışıqlar aparacağı bildirilir.
Diaz 2019-cu ildən “Real”a məxsusdur. O, daha əvvəl “Mançester Siti” və “Milan”da da çıxış edib.
Qeyd edək ki, Brahim Diazın “Real”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.