"Roma" bu göstəriciyə görə Avropada liderdir
05.05.2025 - 10:19

İtaliya A Seriyasının XXXV turunda "Roma" "Fiorentina"nı qəbul edib.
Apasport.az xəbər verir ki, meydan sahibləri minimal hesabla qələbə qazanıblar - 1:0.
Bu, “Roma”nın cari mövsümdə qazandığı 9-cu minimal hesablı qələbədir. Daha öncə nəinki İtaliya çempionatında Avropanın top klublarında da bu göstəriciyə çatan olmayıb.
Qeyd edək ki, "Roma" növbəti turda "Atalanta" ilə üz-üzə gələcək.
0
0