“Mançester Yunayted”in mərkəz hücumçusu Coşua Zirkze karyerasını İtaliyanın “Roma” klubunda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, Seriya A təmsilçisi 24 yaşlı niderlandlı futbolçunun transferi üçün artıq ilkin danışıqlara başlayıb.
"Roma" hazırda icarə əsasında çıxış edən “Brayton”un forvardı Evan Ferqyusonun müqaviləsi başa çatdıqdan sonra Zirkze ilə rəsmi razılaşma əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Coşua Zirkze “Mançester Yunayted” forması ilə cari mövsümdə gözləntiləri doğrultmayıb. Hücumçu 9 matçda yalnız 1 qolla yadda qalıb.
Transfermarkt portalının məlumatına görə, Zirkzenin bazar dəyəri 25 milyon avro təşkil edir.
- İngiltərənin üç klubu Arda ilə maraqlanır
- Domeniko Tedesko: "Mən heç vaxt bu vəziyyətə görə ağlamaram"
- Türkiyə - Rumıniya matçının keçiriləcəyi stadion müəyyənləşib
- "Real" – "Mançester Siti" qarşılaşması bu kanalda
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu