“Roma”nın futbolçusu əməliyyat olacaq: Mövsümü erkən başa vuracaq
20.03.2025 - 15:54
“Roma”nın futbolçusu əməliyyat olacaq: Mövsümü erkən başa vuracaq

İtaliya A Seriyası təmsilçilərindən "Roma"nın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Paulo Dibala sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əzələ zədəsi olan argentinalı hücumçu yaxın günlərdə əməliyyat olunacaq.

31 yaşlı forvard mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.

Xatırladaq ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir.

Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 8 qol, 4 assistlə yadda qalıb.