Ronaldodan komanda yoldaşlarına jest - SAAT HƏDİYYƏ ETDİ
26.11.2025 - 22:52
Ronaldodan komanda yoldaşlarına jest - SAAT HƏDİYYƏ ETDİ

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo UEFA Millətlər Liqasındakı qələbə münasibətilə komanda yoldaşlarını xüsusi hədiyyə təqdim edib.

Apasport.az xəbər verir ki, 40 yaşlı superulduz saatları yaxın dostu, məşhur zərgər Ceykob Araboya şəxsi sifarişlə hazırladıb.

Saatlar DÇ-2026-nın seçmə mərhələsində Ermənistanla keçirilən qarşılaşmadan əvvəl təqdim olunub. Onlardan biri isə avtoqəza nəticəsində həlak olan Dioqo Jotanın ailəsinə verilib.

Saatların qiyməti 160 min dollar (təxminən 272 min AZN) təşkil edir.

Xatırladaq ki, Portuqaliya millisi 2025-ci ilin iyununda UEFA Millətlər Liqasını iki dəfə qazanan ilk komanda olub.