Ronaldodan tarixi rekord
25.03.2025 - 11:52

Kriştiano Ronaldo daha bir rekord qıraraq zirvəyə yüksəlib.
Apasport.az xəbər verir ki, milli komanda ilə 132 qələbə qazanan Kriştiano Ronaldo adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
40 yaşlı futbolçu buna UEFA Millətlər Liqasının 1/4 final cavab oyununda Portuqaliya yığmasının heyətində qələbə qazanaraq nail olub.
Qeyd edək ki, Portuqaliya Danimarkanı 5:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
0
0