Ronaldonun komandasına transfer qadağası
20.12.2025 - 20:49
Ronaldonun komandasına transfer qadağası

FIFA “Əl Nəsr” klubuna transfer qadağası qoyub.

Apasport.az xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı təmsilçisinin sabiq futbolçusu Emerik Laporteya (red-indi “Atletik”də oynayır) bəzi ödənişləri ödəməməsidir.

“Əl Nəsr” 9 milyon avro borcunu ödədikdən sonra yeni oyunçular transfer edə bilər.

Səudiyyə Ərəbistanı klubunda portuqaliyalı hücumçu Kriştiano Ronaldo çıxış edir.