Rüdiger 2 ay yaşıl meydanlardan uzaq qalacaq
29.04.2025 - 14:28

"Real Madrid"in müdafiəçisi Antonio Rudiger əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçinin bərpa prosesinə tezliklə başlanacaq.
Rüdigerin 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, almaniyalı "Barselona" ilə Kral Kubokunun final matçının (2:3) 111-ci dəqiqəsində dizində problem yarandığı üçün əvəzlənmişdi.
0
0