Sabiq “Yunayted”li ən zəif komanda yoldaşını açıqlayıb
28.12.2025 - 13:36
Sabiq “Yunayted”li ən zəif komanda yoldaşını açıqlayıb

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz karyerası ərzində birlikdə oynadığı ən zəif komanda yoldaşını açıqlayıb.

Apasport.az xəbər verir ki, ingilis futbol əfsanəsi “Goal” nəşrinə verdiyi açıqlamada qapıçı Mark Boşniçi xüsusi qeyd edib.

Skoulza görə, Peter Şmeyxelin komandadan ayrılmasından sonra qapıçı mövqeyi üçün bir neçə variant var idi və həmin siyahıda avstraliyalı qapıçı da yer alırdı:

“Şmeyxeli əvəzləmək lazım gələndə Massimo Taibi və Mark Boşniç əsas namizədlər idi. O, “Aston Villa”da yaxşı təsir bağışlayırdı, amma bizə gəldikdən sonra son dərəcə qeyri-peşəkar davrandı. Açığı, bu, gülməli görünürdü. Qapıçı məşqlərində adətən 15–20 zərbə olurdu, o isə cəmi üç zərbədən sonra yorulduğunu deyirdi. Topu düzgün vurmağı bacarmadığını o vaxta qədər bilmirdim. Heç vaxt belə mənzərə görməmişdim. Mövsümün ilk oyununda “Everton”la səfər matçında topu meydanın ortasına qədər belə çatdıra bilmirdi. Ayaqqabı ölçüsü çox böyük idi – 44 ölçü. Demək olar ki, hər dəfə top əvəzinə yerə zərbə vururdu. Bu isə böyük məyusluq yaradırdı".