“Fənərbaxça”da prezidentliyə namizəd Hakan Safi transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, Safi Portuqaliyanın “Sportinq” klubunda çıxış edən Luis Suareslə razılığa gəlib.
İnsayder Yağız Sabuncuoğlunun xəbərinə görə, tərəflər arasında 3+1 illik müqavilə üzrə anlaşma əldə olunub. Hakan Safi 6-7 iyunda baş tuatacaq seçkilərdə qalib gələcəyi təqdirdə futbolçunun transferi üçün “Sportinq”lə rəsmi danışıqlara başlayacaq.
Məlumata görə, Luis Suaresin meneceri Fali Ramadani Hakan Safi ilə danışıqları tamamladıqdan sonra İstanbuldan ayrılıb.
Qeyd edək ki, Luis Suares 2025/2026 mövsümündə “Sportinq”in heyətində bütün turnirlərdə 32 oyuna çıxıb. Kolumbiyalı hücumçu bu matçlarda 28 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində