“Santos”da ciddi itki
26.11.2025 - 23:34
“Santos”da ciddi itki

“Santos”da ciddi itki baş verib. Komandanın futbolçusu Neymar menisk zədəsi aldığı üçün 2026-cı ilədək oyunlara çıxa bilməyəcək.

Apasport.az xəbər verir ki, 33 yaşlı hücumçu A Seriyasının XXXV turunda “İnternasional”la matç ərəfəsində sol dizində ağrı hiss edib və qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb.

Ulduz oyunçunun növbəti görüşdə sıraya dönəcəyi gözlənilsə də, zədəsi ciddi olub. Nəticədə Neymar A Seriyasında qalmaq uğrunda mübarizə aparan komandasına son üç matçda kömək edə bilməyəcək.

Qeyd edək ki, Neymarın “Santos”la müqaviləsinin müddəti cari ilin sonunda başa çatacaq.