Saşa Boey Premyer Liqaya doğru
12.12.2025 - 15:36
Saşa Boey Premyer Liqaya doğru

Almaniyanın nəhəng klubu "Bavariya" fransız futbolçusu Saşa Boey ilə bağlı qərar qəbul edib.

Apasport.az xəbər verir ki,  bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

25 yaşlı sağ cinah müdafiəçisinin qış transfer pəncərəsində komandadan ayrılması gözlənilir.

Boey ilə İngiltərənin "Kristal Palas" klubu başda olmaqla bir sıra Avropa klubları yaxından maraqlanır.

Bu mövsüm "Bavariya" forması ilə 14 oyunda meydana çıxan Saşa Boey, həmin görüşlərdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun az oynama şansı və klubun transfer planları səbəbilə ayrılığın real olduğu vurğulanır.