Sergen Yalçın Rafa Silva haqqında: "İndiki halda komandada qalması..."
21.12.2025 - 10:14
Sergen Yalçın Rafa Silva haqqında: "İndiki halda komandada qalması..."

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın komandanın futbolçularından Rafa Silva haqqında kəskin fikirlər səsləndirib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun hazırkı məşq səviyyəsindən narazı olduğunu ifadə edib:

“Onun məşq proqramı çox zəifdir. 10 üzərindən qiymət verməli olsam, sıfır verərəm. Rafa fasilə dövründə İstanbulda qalaraq peşəkar futbolçu kimi ciddi şəkildə çalışarsa, yenidən komandaya qayıtmaq şansı əldə edə bilər. Əgər burada qalarsa və bir futbolçu kimi məşq edərsə, ona qapımızı açarıq. Amma indiki durumda bu mümkün deyil”.