Səudiyyə Ərəbistanından Salah üçün 114 milyon avroluq təklif
14.12.2025 - 14:21
Səudiyyə Ərəbistanından Salah üçün 114 milyon avroluq təklif

Səudiyyə Ərəbistanı Premyer Liqası klubları “Liverpul”un ulduz hücumçusu Məhəmməd Salahı transfer siyahısına daxil edib.

Apasport.az xəbər verir ki, Səudiyyə klubları misirli futbolçunu 114 milyon avro qarşılığında heyətlərinə qatmağa ümid edirlər. Bildirilir ki, bu transfer yalnız Salahın “Liverpul”dan ayrılmaq qərarı verməsi halında mümkün olacaq.

Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”la mövcud müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir.

“Transfermarkt” portalına əsasən, 32 yaşlı hücumçunun hazırkı bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.