"Sevilya"ya ispaniyalı baş məşqçi
14.04.2025 - 15:55
"Sevilya"ya ispaniyalı baş məşqçi

La Liqa təmsilçilərindən "Sevilya"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, İspaniya klubunu Xoakin Kaparros çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

69 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Kaparros "Sevilya"nın baş məşqçisi postunda Qarsiya Pimientanı əvəz edib.