Sörlotun gələcəyinə aydınlıq gəlib
30.12.2025 - 13:44
Sörlotun gələcəyinə aydınlıq gəlib

Bir müddətdir adı “Fənərbaxça” ilə hallanan “Atletiko Madrid”in hücumçusu Aleksander Sörlotun gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi 30 yaşlı hücumçunu qış transfer pəncərəsində satmaq niyyətində deyil.

Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, klub norveçli forvard üçün İstanbul təmsilçisindən gələn təklifləri rədd edib.

Qeyd edək ki, Sörlot bu mövsüm “Atletiko”nun heyətində çıxdığı 22 rəsmi matçda 5 qol və 1 assistlə yadda qalıb.