Super Liqa klubunun yeni baş məşqçisi bəlli olub
02.12.2025 - 18:34
Türkiyə Super Liqası təmsilçisi “Rizəspor”un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, komanda bu posta Recep Uçarın gətirildiyini açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
50 yaşlı türkiyəli mütəxəssis ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, "Rizəspor"a son olaraq İlhan Palut rəhbərlik edirdi.
0
0